METBUAT.AZ

Hadisə

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə

31 may 2023 14:49

Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə yonun yaxınları məlumat yayıb.

Qeyd edək ki, Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.

Səbuhi Məmmədov həm də “Report” İnformasiya Agentliyində montajçı kimi çalışırdı.


metbuat.az.