METBUAT.AZ

Şou-Biznes

Vüsalə Hadiseni bu davranışına görə təqdir etdi:

8 may 2023 14:18

Hadisenin Bakı konsertində yaşanan daha bir maraqlı anı aparıcı Vüsalə Əlizadə paylaşıb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində gerçəkləşən gecədə fanatlarından biri Hadisəyə yaxınlaşaraq onunla mahnı ifa etmək istədiyini bildirib.

Hadise xanımın istəyini geri çevirməyib və onunla “Küçük yol” mahnısını oxuyub.

Bu anları görüntüləyən Vüsalə instaqramda fikirlərini belə ifadə edib:

“Bu qız yaxınlaşıb “Ən böyük arzum sizinlə mahnı oxumaq” dedi, çox inad etdi. Hadisə söz verdi və yerinə yetirdi. Halal olsun cəsarətinə... Çox da gözəl oxudu. Ayrıca Hadisəyə hörmətim və sevgim 1-ə 5 artdı. Vallah bizim müğənnilər olsaydı, bir yeniyetməyə bu şansı yaratmazdı”.


metbuat.az.