1 may 2023 12:29
“WhatsApp” istifadəçilərinin işini asanlaşdırmaq üçün yeni funksiyanı istifadəyə verib.
Metbuat.az xəbər verir ki, tətbiqin yeni beta versiyasında səsli mesajların avtomatik mətnə çevrilməsi funksiyası istifadəyə verilib. Məlumata görə, bu funksiya arzuolunmaz hallarda söndürülə bilər. Bu funksiya sayəsində “WhatsApp” istifadəçiləri daxil olan səsli mesajları dinləyə bilmədikdə onları mətnə çevirə biləcəklər.