12 may 2023 14:48
“WhatsApp Web” yeni funskiyanı istifadəyə verib.
Metbuat.az xəbər verir ki, “WhatsApp Web”in ən son beta versiyasında "redaktə düyməsi" adlı yeni funksiya təqdim edilib. “WABetaInfo”nun məlumatına görə, yeniliyə əsasən istifadəçilər yazıdakı səhvləri və ya tamamilə dəyişdirmək istədikləri mesajları redaktə edə biləcəklər. Mətnləri dəyişdirmək üçün mesajın üzərinə basdıqdan sonra yuxarıdakı üç nöqtəyə toxunmaq lazlımdır. Açılan menyuda redaktə düyməsi görünəcək.
Düzəliş edilən mətnlərin üzərində “redaktə edilmiş” işarəsi görünəcək. Həmçinin redaktə müddəti 15 dəqiqədir. Ona görə də istifadəçilərin mesajı redaktə etmək üçün məhdud vaxtı olacaq.