METBUAT.AZ

Texnologiya

​“WhatsApp”ın dizaynı dəyişildi -

8 may 2023 16:43

“WhatsApp” yeni funksiyanı istifadəyə verib.

Metbuat.az xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat verib. Bildirilir ki, “WhatsApp”da yeni alətlər paneli söhbət siyahısının ən üst yerinə yerləşdirilib. Bu xüsusiyyət sayəsində istifadəçilər söhbətlərə daxil olarkən alətlər panelini ekranın üst yerində müşahidə edəcək.

Bu, qrupların siyahısının daha ətraflı və daha yaxşı görünməsinə şərait yaradacaq. Yeni funksiyanın hazırda sınaqdan keçirildiyi bildirilir.




metbuat.az.