METBUAT.AZ

Texnologiya

"WhatsApp"ın yeni funksiyası -

17 may 2023 16:15

Hazırda "WhatsApp" mesajlaşma platformasında gizliliklə bağlı müxtəlif funskiayalar var.

Metbuat.az xəbər verir ki, tətbiq yaxın zamanda bir gizlilik funskiyasını da aktiv edəcək.

Belə ki, bundan sonra istifadəçilər mesajlarını kilitləyə biləcəklər. Kilid yalnız "üz tanıma" və " barmaq işarəsi" ilə açıla bilər. Həmçinin kilitlənən mesajlar ayır bölmədə yerləşdiriləcək. İstifadəçi kilidə qoyduğu parolu unudarsa, bu zaman həmin yazışma tamamilə silinəcək.

Bundan başqa, "WhatsApp"da anket sorğuları üçün daha geniş şərait yaradılacaq. Həmçinin bir şəxsdən digərinə yönləndirilən mesajın xüsusi bölməsinə açıqlama yazmaq mümkün olacaq.



metbuat.az.