METBUAT.AZ

Gündəm

“Yeni İpək Yolu” layihəsində niyə Azərbaycan yoxdur?

25 may 2023 00:16

Xəbər verdiyimiz kimi, Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqda məlumatı və təqdim etdiyi xəritə məxsusən məyus etmişdi. Kılıçdaroğlunun hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan yan keçmişdi.

Metbuat.az xəbər verir ki, Türkiyənin "Babala TV" adlı youtube kanalına qonaq olan Kılıçdaroğluna audiotoriyadan sual ünvanlanıb. CHP-nin təqdim etdiyi “Yeni İpək Yolu”na Azərbaycanın niyə daxil edilmədiyi sual olunub.

"Bizim Azərbaycanla olan dostluğumuz heç bir partiya tərəfindən fərqli düşünülə bilməz. Ana hədəfimiz Orta Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək. Mərkəzi Türkiyə layihəsini böyütmək və Türkiyəni türk dövlətləri ilə çox daha güclü əlaqələri üçün iqtisadi infrastrukturu formalaşdırmaqdır. Bütün hədəfimiz budur. Bir də Zəngəzur Koridoru var, bu koridorun açılması lazımdır. Amma bu koridorun açılması tərəflərin razılaşması və Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstək verməsindən asılıdır. İranla Ermənistan arasındakı birlikdəlik bu koridorun açılmasını çətinləşdirir".

Ətraflı videoda:


metbuat.az.