24 may 2023 12:01
Azərbaycanın Ukraynadakı səfiri təyin edilən Seymur Mərdəliyev bu barədə paylaşım edib.
Metbuat.az xəbər verir ki, bu barədə o, özünün tviter hesabında yazıb.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məni Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Göstərilmiş bu yüksək etimadı doğrultmaq və Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafı üçün səylərimi əsirgəməyəcəm", - o qeyd edib.
Qeyd edək ki, Seymur Mərdəliyev bu postda Elmira Axundovanı əvəz edib. O, yeni təyinata qədər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.