METBUAT.AZ

Gündəm

YPX maşını piyadanı vurdu -

10 may 2023 21:10

Bakı-Salyan şosesində, “Şıxov” çimərliyinin qarşısından keçən yolda polis maşını piyadanı vurub.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, saat 18:40 radələrində “BMW” markalı 99-YP-849 dövlət nömrə nişanlı patrul avtomobili sürət həddi yüksək olan yolda, yolun müəyyən olunmayan hissəsindən anidən yola daxil olan 30-35 yaş arası qadını vurub:

“Hadisə baş verən ərazidə müşahidə kameralarına baxış zamanı qadının anidən yola daxil olaraq yolu qaçaraq keçmək istədiyi aydın görünür. Bu zaman qəza baş verib, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır”.


metbuat.az.