22 may 2023 17:27
Xəbər verdiyimiz kimi, polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azər Məmmədov 1987-1990-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.
1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.
Fotoda keçmiş nazir Aydın Məmmədov