METBUAT.AZ

Dünya

Yüzlərlə insan dua etmək üçün küçələrə çıxdı:

10 may 2023 11:30

Fransanın Draguignan əyalətinin Var şəhərində 200-ə yaxın din xadimi və rahibələr uşaqlarla birgə yağış duasına çıxıb.

Metbuat.az xəbər verir ki, Avropanın bir sıra ölkələrində olduğu kimi Fransada da quraq dövr hökm sürür. Draguignan bələdiyyələrinin dörddə üçü yüksək quraqlıq xəbərdarlığı verdikdən sonra kilsə camaatı və ictimaiyyət yağış duasına çıxıb. Bu məqsədlə yürüş keçirilib. Onlar Saint-Hermentaire kilsəsinə gedərkən dini mahnıların müşayiəti altında dua ediblər.

Qeyd edək ki, xristianlar nadir hallarda yağış üçün dua edirlər.


metbuat.az.