METBUAT.AZ

Dünya

Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə sanksiya tətbiq etdi

13 may 2023 01:15

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.

Metbuat.az xəbər verir ki, paketdə "Roskosmos", Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat İnstitutu, QLONASS SC, Federal Dövlət Unitar Müəssisəsi Xüsusi Dizayn-Texnologiya Bürosu və Mülki Hava Limanları yer alıb.

Bununla yanaşı, siyahıda Belarusun 17 müəssisəsi var.

Sanksiyalar 10 il müddətinə tətbiq edilib.


metbuat.az.