METBUAT.AZ

İdman

1 mövsümdə iki klubu çempion edən məşqçi gündəm oldu

15 iyn 2023 17:15

Türkiyənin Aydın vilayətində 33 il həvəskar futbol məşqçisi olan 61 yaşlı Edalet Duman eyni mövsümdə iki komandanı çempion edib.

Metbuat.az xəbər verir ki, 2022-2023 həvəskar futbol mövsümündə “İşıklı Dəmirspor” ilə anlaşan məşqçi klubu qruplarda çempion edib. 1-ci Həvəskar liqada mövsümün sona çatmasından sonra Duman, 2-ci Həvəskar Liqa komandalarından olan “Efeler Ovaeymirspor “ilə anlaşıb. Dumanın klubu keçirdiyi bütün matçlarda qələbə qazanaraq, çempion olub. Onun klubu ən yaxın rəqibini 6 xal qabaqlayıb.

"Bir mövsümdə 2 komandanı çempion etmək mənim üçün böyük qürur mənbəyi oldu. Futbolda yüzlərlə oyunçunun yetişməsinə kömək etmişəm” - Edalet Duman deyib.


metbuat.az.