METBUAT.AZ

İdman

100 milyonluq transfer rəsmən açıqlandı

14 iyn 2023 15:30

“Real Madrid” klubu Cud Bellingemin transferini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Bildirilib ki, 19 yaşlı yarımmüdafiəçi üçün "Borussiya Dortmund" klubuna 103 milyon avro ödənilib.

Qeyd edək ki, Cud Bellingem “Borussiya”ya 2020-ci ildə İngiltərə klubu “Birmingem”dən 25 milyon avroya keçmişdi.


metbuat.az.