METBUAT.AZ

Ölkə

17 yaşlı Aysunu qətlə yetirən həmkəndlisi barədə

22 iyn 2023 12:52

Naxçıvanın Kəngərli rayonunda 17 yaşlı Aysun İbrahimovanın öldürməkdə ittiham olunan həmkəndlisi Sərvin Məmmədov məhkəmə qarşısına çıxarılıb.

Metbuat.az "Qafqazinfo"ya xəbər verir ki, Kəngərli Rayon Məhkəməsində keçirlən iclasda Sərvin Məmmədov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, ilkin ifadəsində özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib.

Qeyd edək ki, hadisə Kəngərli rayonunun Xok kəndində baş verib. İttihama görə, 1999-cu il təvəllüdlü S. Məmmədov aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi-2006-cı il təvəllüdü Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürüb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


metbuat.az.