METBUAT.AZ

İqtisadiyyat

2018-2022-ci illərdə Azərbaycanın qeyri-neft-qaz ixracı 77 % artıb

9 iyn 2023 14:32

2018-2022-ci illədə Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri həm faktiki qiymətlərlə, həm də real ifadədə 77,3 % artaraq 1,72 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına çatıb.

Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun təşviqi istiqamətində həyata keçirilən islahatlar dayanıqlı iqtisadi inkişafa mühüm təkan verir.


metbuat.az.