27 iyn 2023 13:09
Bu gün Azərbaycan və Ermənistan Xİn rəhbərli ABŞ-nin paytaxtı Vaşinqtonda görüşəcək. Danışıqlar 3 gün davam edəcək.
Vaşinqton görüşündən əvvəl XİN rəhbərləri mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparmışdı. Bu gün baş tutacaq görüş iyunun 12-də planlaşdırılsa da, təxirə salınmışdı.
Ceyhun Bayramov və Ararat Mirzoyan bu gün nələri müzakirə edəcək?
Metbuat.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu məsələlərin kökündə sadəcə iki ölkə arasındakı münasibət dayanmır. Regional vəziyyət müzakirə olunmalıdır:
"Rusiyada baş verən son proseslərin fonunda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin, eləcə də xarici siyasət idarələrinin rəhbərlərinin görüşləri bölgədə baş verə biləcək yeni dizaynın müəyyən olunması ilə bağlıdır. Gedişat göstərir ki, Rusiya ilə əlaqədar vəziyyət qənaətbəxş deyil. Bu mənada region ölkələri hansı addımı atmalıdır bu, maraqlıdır. İkincisi, Priqojinin qiyamından sonra baş verə biləcək proseslər ABŞ-yə təşəbbüsü öz əlində saxlamağa imkan verir. İki dövlət arasında sülh məsələsi, həm də ümumi münasibətlərin vəziyyətinin konteksi müəyyən olunmalıdır".
Əziz Əlibəyli
Siyasi şərhçi bildirib ki, Ermənistanın Laçın sərhəd-keçid buraxılış məntəqəsində sonuncu təxribatından sonra Azərbaycanın yenidən keçidi təmin etməsi müsbət addımdır:
"Öncə Azərbaycanın gündəliyində Arazdəyən metallurgiya zavodunun tikintisi ilə bağlı məsələ var. Yeri gəlmişkən, Azərbaycan müsbət yanaşma olaraq görüşdən əvvəl Laçın sərhəd-keçid buraxılış məntəqəsini açıb".
Gülər Seymurqızı