15 iyn 2023 09:16
Hazırda klubsuz olan Rikardo Kuarejma yenidən Türkiyədə futbol oynaya bilər.
Metbuat.az xəbər verir ki, Kuarejma yenidən “Beşiktaş” formasını geyinmək istəyir. Türkiyə mətbuatına görə, 39 yaşlı futbolçu özü kluba təklif göndərib. Məlumata görə, Rikardo Kuarejma futbolçu karyerasına son qoymazdan əvvəl “Beşiktaş” formasını geyinmək istəyir. Meneceri vasitəsilə "Beşiktaş" rəhbərliyinə mesaj göndərən Kuarejma bu məsələdə ciddi olduğunu bildirib.
Futbolçu "Beşiktaş"ın maaşla bağlı istənilən təklifini qəbul edəcəyini bildirib. Türkiyə mediasının məlumatına görə, Kuarejma hətta pulsuz “Beşiktaş”da oynamağa hazırdır. “Beşiktaş” klubu hələlik məsələ barədə qərar verməyib.