METBUAT.AZ

Dünya

65-ci əsrdən gəldiyini deyən səyyah hamını təəccübləndirdi:

5 iyn 2023 16:43

Keçmişdən və ya gələcəkdən gəldiyini iddia edən zaman səyahətçilərinin iddiaları tez-tez gündəm olur.

Metbuat.az xəbər verir ki, bu dəfə nüfuzlu “PolarSaurusRex” (gerçək zaman səyahətçiləri) adlı yutub kanalından yayımlanan video maraqla qarşılanıb. Videoda yalan testindən keçən və özünün 6491-ci ildən olduğunu iddia edən şəxs diqqətçəkən iddialar səsləndirib. O, qabaqcıl texnologiya, heyranedici sosial dəyişikliklər və planetimizin gələcəyi ilə bağlı dəhşətli xəbərdarlıqlar irəli sürüb.Ceyms Oliver adlı zaman səyyahı iddia edib ki o indiki zamana gəlib. Oliver geri qayıtmaq istədiyini, lakin istifadə edilən cihazların nasazlığı səbəbindən gələcəyə gedə bilmədiyini irəli sürüb. Oliver başqa bir planetdə yaşadığını, gəldiyi planetin Günəş ətrafında fırlanmadığını deyib. O insanların gələcəkdə fərqli canlılarla mübarizə aparacağını irəli sürüb.

O bildirib ki, insanlar yadplanetliləri mühakimə etmək üçün tələsik davransa, səhvə səbəb ola bilər. Ceyms gələcəkdə Mars, Merkuri və Venera kimi planetlərdə yaşayış olacağını əlavə edib. Ceyms ABŞ-da güclü vulkan püskürməsinin fəlakətlərindən danışıb. Ardınca Ceyms yalan testindən keçib və iddialara görə, onun dedikləri doğrudur.

Qeyd edək ki, videodakı şəxsin kimliyi nümayiş olunmayıb.


metbuat.az.