20 iyn 2023 09:12
Türkiyənin Adana şəhərində yaşayan 73 yaşlı Resul Duran bakalavr və 6 magistr dərəcəsini bitirib.
Metbuat.az xəbər verir ki, o indi Siyasi Elmlər və Dövlət İdarəçiliyi ixtisası üzrə 7-ci magistr təhsilini davam etdirir. Məlumata görə, təhsil almaqla yanaşı Resul Duran illərdir İnşaat Mühəndisi işləyib. Duran təqaüdə çıxdıqdan sonra oxumaq sevgisindən vaz keçməyib. Təqaüdə çıxandan sonra o 2016-cı ildə Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinə daxil olub və orada təhsilini uğurla başa vurub.
“Təqaüdə çıxandan sonra boşluq hiss etdim və təhsilə davam etdim. Hazırda 7-ci magistraturada təhsil alıram. Bakalavr təhsili də var. Mən bundan həzz alıram. Zövq almasam, edə bilmərəm. Mən həmişə yaxşı tələbə olmağa çalışmışam. Digər tələbələrə nümunə olmaq məni xoşbəxt edir” - Resul Duran deyib.