METBUAT.AZ

Siyasət

70 il qadağa olundu, ermənilər oğurlamağ çalışdı, Azərinin ifasında məşhurlaşdı -

14 iyn 2023 12:04

Dillər əzbəri olan "Çırpınırdı Qara Dəniz" mahnısının yaranmasının maraqlı tarixi var.

Metbuat.az xatırladır ki, "Çırpınırdı Qara Dəniz" mahnısını ermənilər nə qədər özünküşləşdirməyə çalışsalar da, bunu bacara bilməyiblər.

Osmanlı-türk ordusuna həsr edilən mahnının sözləri himnimizin sözlərinin müəllifi olan Əhməd Cavada məxsusdur. Əhməd Cavad I dünya müharibəsi illərdində Azərbaycan Xeyriyyə Cəmiyyətinin xətti ilə Türkiyənni Şərq əyalətinlərinə yardıma gedir. O, Osmanlı ordusunun mübarizliyinə heyran qalaraq şeirlər yazmağa başlayır.

1914-cü ildə isə şair "Çırpınırdı Qara Dəniz" şeirini yazıb. 1918-ci ildə Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələyir. Mahnı Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusuna həsr edilir. Şeir 1919-cu ildə Əhməd Cavadın "Dalğa" kitabında nəşr edilib.

Hətta bu şeiri eşidən Mustafa Kamal Atatürk onu bəyənir və ifaçılara təşəkkür edir.

Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra isə sovet hakmiyyəti 70 ildən çox bu mahnının səsləndirilməsinə icazə verməyib. Bundan istifadə edən ermənilər də XVIII əsrdə yaşamış və əsərlərini əsasən türk dilində yazan erməni şair Sayad Novaya aid olduğu iddia ediblər.

1993-cü ildə isə "Çırpınırdı Qara Dəniz" yenidən səəsləndirilib və bütün türk dünyasının himninə çevrilib. Xalq artisti Azərinin ifasında isə mahnı olduqca məşhurlaşıb və dillər əzbəri olub.

Gülər Seymurqızı


metbuat.az.