METBUAT.AZ

Şou-Biznes

83 yaşlı sənətçi ata olur -

1 iyn 2023 09:25

83 yaşlı məşhur aktyor Al Paçino növbəti dəfə ata olacaq.

Metbuat.az “independent”ə istinadən xəbər verir ki, bu, məşhur sənətçinin 4-cü övladı olacaq. Məlumata görə, uşağın anası 29 yaşlı Nur Əlfəllahdır. Mediaya müsahibə verən Al Paçino və Nur Əlfəllah məlumatı təsdiq ediblər. Xarici media yazır ki, cütlük 2022-ci ildən bəri birlikdədir.

Onların sevgili olduğu Nur Əlfəllahın sosial media hesabında paylaşdığı fotodan sonra gündəm olub.

Qeyd edək ki, Nur Əlfəllah imkanlı ailənin övladıdır. Onun atası neft şirkətlərindən birinin rəhbəridir. Qadının adı buna qədər bir sıra şəxslərlə sevgili kimi hallanıb.



metbuat.az.