16 iyn 2023 11:42
ABŞ-ın İtalyan əsilli aktyoru Al Paçino 83 yaşında dördüncü dəfə ata olmaq sevincini yaşayıb.
Metbuat.az xəbər verir ki, Al Paçino 29 yaşlı sevgilisi Noor Alfallahdan olan oğluna "Roman" adını verib. Körpənin nə vaxt və harada doğulması ilə bağlı təfərrüatlar açıqlanmayıb. Məlumata görə, tərəflər filmin çəkiliş meydançasında tanış olublar. Alfallah filmdə prodüser kimi çalışıb.
Qeyd edək ki, bundan əvvəl Al Paçinonun ata olacağı barədə məlumatı təəccüblə qarşıladığı barədə xəbərlər dərc edilmişdi. “İndependent” xəbər verir ki, sənətçi ata ola bilmək üçün problemlərinin olduğunu düşünürdü və bu səbəbdən o, 29 yaşlı sevgilisi Nur Alfallahdan atalıq testi tələb edib. İddia edilir ki, 29 yaşlı qadın sənətçinin tələb etdiyi testi etdirib. Uşaq həqiqətən də Al Paçinonun uşağıdır.