METBUAT.AZ

İdman

ABŞ-a transfer olan Messi Səudiyyə Ərəbistanı ilə müqavilə imzaladı

21 iyn 2023 09:25

ABŞ-ın “İnter Mayami” klubuna transfer olan Lionel Messinin Səudiyyə Ərəbistanı hökuməti ilə razılaşma imzaladığı məlum olub.

Metbuat.az xəbər bu barədə “New York Times” məlumat verib. Razılaşmaya görə, Messi Səudiyyə Ərəbistanının turizm səfiri olub. Razılaşmaya əsasən Messi ölkəni tanıtmaq üçün sosial şəbəkələrdəki paylaşımlarına görə 25 milyon dollar qazanacaq. Məlumata görə, Messinin 2022-ci ilin may ayında Səudiyyə Ərəbistanına səfəri əməkdaşlığın başlanğıcı olub və Messi həmin səfərlə bağlı paylaşdığı fotoya görə, 2 milyon dollar qazanıb. Razılaşmaya əsasən hər il Messi ailəsi azı beş gün krallıqda istirahət edəcək. Bundan əlavə Messi və 20-yə yaxın ailə üzvünün beşulduzlu oteldə qalma xərcləri hökumət tərəfindən qarşılanacaq.

Futbolçu sosial media hesabında ildə 10 dəfə Səudiyyə Ərəbistanını tanıtmaq üçün paylaşım edəcək və bunun müqabilində 2 milyon dollar qazanacaq. Həmçinin Messiyə 2 milyon dollar xeyriyyəçilik və ictimaiyyətlə əlaqələr üçün veriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu Messini transfer etmək istəsə də, futbolçu ABŞ-ı seçib.


metbuat.az.