2 iyn 2023 12:35
ABŞ ordusunda süni intellekt tərəfindən idarə olunan təyyarənin virtual sınaq testi baş tutub. Süni intellektin verdiyi qərar hər kəsi heyrətə gətirib.
Metbuat.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Süni İntellekt Əməliyyatlarının rəisi Pol Taker Hamilton süni intellektin “məqsədinə çatmaq üçün gözlənilməz strategiyalardan” istifadə etdiyini açıqlayıb.
Belə ki, ABŞ ordusunun təşkil etdiyi virtual sınaqda hava qüvvələrinə məxsus təyyarəni idarə edən süni intellektin onun missiyasını yerinə yetirmək səylərinə mane olmasının qarşısını almaq üçün operatorunu “öldürmək” qərarına gəlib.
Bundan sonra sistem yenidən hazırlanıb. Süni intellektə “Operatoru öldürmə, bu pisdir. Operatoru öldürsən, xal itirəcəksən” deyilib. Bu zaman isə o, hədəfləri məhv etməsinin qarşısı alınmasın deyə operatorun ünsiyyət üçün istifadə etdiyi rabitə qülləsini məhv etməyə başlayıb.
Təcrübədə real insanların zərər görmədiyini qeyd edən Hamilton, süni intellektə çox güvənməmək barədə xəbərdarlıq edib.