15 iyn 2023 11:43
ABŞ Rusiya təyyarələrinin bölgədəki “təhlükəli hərəkətlərini” əsas gətirərək Yaxın Şərqə F-22 döyüş təyyarələrini göndərib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığından açıqlama verilib. Bildirilir ki, Rusiya təyyarələrinin bölgədə artan təhlükəli və qeyri-peşəkar davranışlarına görə, ABŞ Hərbi Hava Qüvvələri çox yönlü əməliyyatların bir hissəsi olaraq Mərkəzi Komandanlığın missiya bölgəsinə F-22 döyüş təyyarələri yerləşdirib. ABŞ-ın Mərkəzi Komandanlığının komandiri general Maykl Kurilla bildirib ki, ruslar münaqişənin qarşısını almaq üçün həyata keçirilən tədbirləri pozur.
Onun sözlərinə görə, Rusiya ordusu razılaşmalara əməl etmir.