METBUAT.AZ

Dünya

Ada ölkəsinə uçan təyyarə vuruldu

22 iyn 2023 12:25

Venesuela ordusu Meksikadan hava məkanına daxil olan təyyarəni vurub.

Metbuat.az xəbər verir ki, Meksikanın cənubundakı Kozumel şəhərindən havaya qalxan təyyarə Hollandiyaya məxsus ada ölkəsi Kurasaoya istiqamət alıb. Məlumata görə, təyyarə Venesuelanın hava məkanına girəndən sonra aşkarlanmamaq üçün yer ötürücüsünü və radiosunu söndürüb. Ardınca təyyarə qaçaqmalçıların eniş etdiyi Kolumbiya sərhədindəki düzənliyə doğru uçmağa başlayıb. Bu zaman isə Venesuela ordusu təyyarəni vurub. Venesuela ordusunun məlumatına görə, təyyarə narkotik və silah qaçaqmalçılarına addir. Təyyarədə neçə nəfərin olduğu, ölən və yaralananların sayı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Venesuela bu il 34 təyyarəni vurub.


metbuat.az.