METBUAT.AZ

Hadisə

Ağdamda azad edilən ərazidə kütləvi məzarlıq aşkarlandı -

19 iyn 2023 11:17

Ağdamda kütləvi məzarlıq aşkarlanıb.

Metbuat.az "APA"ya istinadən xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.

Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.


metbuat.az.