METBUAT.AZ

Hadisə

Ağstafada 23 yaşlı gənc 2 avtomobil arasında qalaraq vəfat etdi -

16 iyn 2023 11:21

Ağstafa rayonunda ağır nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, "VAZ" markalı maşından düşmək istəyən rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov digər avtomobilin "Vaz"a çırpılması nəticəsində vəfat edib.



metbuat.az.