METBUAT.AZ

Dünya

Aİ liderləri miqrasiya tədbirləri ilə bağlı

1 iyl 2023 01:25

Avropa İttifaqının dövlət və hökumət başçıları miqrasiyanın qarşısını almaq üçün tədbirlər haqqında razılığa gələ bilməyiblər.

Metbuat.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən Aİ sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Bizim miqrasiya ilə bağlı yekun sənədimiz yoxdur. İki ölkə - Polşa və Macarıstan hesab edir ki, miqrasiya paktı səbəbindən yekun sənədi təsdiqləməyə hazır deyillər”, - Ş.Mişel bildirib.

Belə ki, Polşa və Macarıstan miqrantların məcburi köçürülməsi ilə razı deyillər. Bu ölkələrin liderləri effektiv miqrasiya ilə bağlı konsensusun tapılması və köçürmənin könüllülük əsasında həyata keçirilməsini irəli sürür.


metbuat.az.