22 iyn 2023 09:25
Türkiyənin “Karagümrük” klubu ilə müqaviləsi başa çatan Andrea Pirlonun baş məşqçi postu üçün A Seriya təmsilçisi “Leççe” ilə müqavilə imzalamaq üzrə olduğu bildirilir.
Metbuat.az xəbər verir ki, Pirlo tarixi klubla detalları razılaşdırıb. Bildirilib ki, əvvəlcə İtaliya klubunun texniki komitəsinin rəhbəri Pantaleo Korvino Andrea Pirlonun meneceri Tullio Tinti ilə görüşüb. Pirlonun təklifə razılıq verdiyi deyilir.
Qeyd edək ki, Andrea Pirlo ötən mövsüm "Karagümrük" komandasının baş məşqçisi kimi 31 oyuna çıxıb və 9 qələbə, 11 heç-heçə və 11 məğlubiyyətlə 38 xal toplayıb. “Leççe” isə A Seriyasında 36 xalla mövsümü 16-cı pillədə başa vurub.