11 iyn 2023 17:18
Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova və həyat yoldaşı Firuz Soliyev ayrılmağa qərar veriblər.
Metbuat.az Qaynarinfo-ya istinadən bildirir ki, bu barədə Günel Hümbətova sosial mediada məlumat yayıb.
İnstaqramda hekayə bölümündə video paylaşan məşhur qeyd edib ki, 8 illik evliliyi sonlandırmağa qərar veriblər. Buna səbəb kimi isə hər ikisinin artıq birləkdə xoşbəxt olmadığını göstərib.
Lakin eks-aparıcı daha sonra paylaşmını silib.
Məlumat üçün bildirək ki, 2015-ci ildə ailə quran cütlüyün bu nikahdan bir qızı var.