METBUAT.AZ

Dünya

Ardıcıl iki dəfə cekpot udan qadının dediyi sözlər gerçəkləşdi

8 iyn 2023 15:02

ABŞ-ın Florida ştatında yaşayan qadın iki ay fərqlə lotereyada qalib gələrək ümumilikdə 2 milyon dollar qazanıb.

Metbuat.az xəbər verir ki, bundan əvvəl 50 dollara “500X The Cash” lotereyası alan 41 yaşlı Altovise Morris 1 milyon dollarlıq cekpotu qazanıb. Maraqlıdır ki, o cekpotu alarkən lotereya rəsmiləri ilə "Mən qayıdacağam" deyə zarafat edib. Lakin Morrisin zarafatı iki ay sonra gerçəkləşib. İki ay sonra yenə eyni oyunu oynayan Morris növbəti dəfə 1 milyon dollar udub. "Mən hələ də bunun baş verdiyinə inana bilmirəm", - uduşunu almaq üçün gedən şanslı qadın lotereya rəsmilərinə deyib.

Vergilər çıxıldıqdan sonra Altovise Morrisə ümumilikdə 1 milyon 640 min dollar ödənildiyi bildirilib.

Qeyd edək ki, “500X The Cash” oyununda eyni şəxsin iki dəfə cekpot udmaq ehtimalının 71,6 milyardda 1 olduğunu açıqlanıb.


metbuat.az.