METBUAT.AZ

Dünya

Asiyanın iri şəhəri çökür, minlərlə sakin təxliyə edildi -

9 iyn 2023 14:48

Çinin Tianjin şəhərində yerin çökməsi nəticəsində yollarda dərin yarıqlar əmələ gəlib.

Metbuat.az xəbər verir ki, binaların uçacağından qorxan minlərlə insan evlərindən evakuasiya edilib. Alimlər müəmmalı hadisənin səbəbini anlamağa çalışırlar. Tianjin administrasiyası isə "qəfil geoloji fəlakət" olaraq adlandırdığı hadisəyə 1300 metr dərinlikdə yeraltı çuxurların çökməsinin səbəb olduğunu güman edir. “Global Times” qəzeti yazır ki, 3 ayrı 25 mərtəbəli binadan 4 minə yaxın insan təxliyyə olunaraq otellərə yerləşdirilib. Çox sayda insan şəhəri tərk edib.

Mütəxəssislər belə geoloji hadisələrin gec-gec baş verdiyini qeyd edərək, hadisənin bölgədə geotermal quyularındakı qazıntılara görə ola biləcəyinə diqqət çəkiblər.


metbuat.az.