METBUAT.AZ

Gündəm

Astarada usta faciəvi şəkildə vəfat etdi -

19 iyn 2023 11:51

Astara rayonunun Pensər kəndində usta ehtiyatsızlıq nəticəsində vəfat edib.

Metbuat.az-ın məlumatıan görə, 62 yaşlı Firudin Sübhan oğlu Zeynallı cilalama aləti ilə işləyən zaman partlayış baş verib. Partlayışın dalğasından ustanın əlindəki aparat onun üzünü kəsib.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.



metbuat.az.