METBUAT.AZ

Mədəniyyət

"Ata ocağı" niyə final edir? -

3 iyn 2023 11:33

Xəbər verdiyimiz kimi, "Ata ocağı" serialı 6 ildən sonra final edir.

Metbuat.az-a danışan filmin rejissor Rüfət Şahbazov bildirdi ki, artıq serialı bitirərək yeni layihələrə başlamaq qərarı alıblar. Final bölümü isə yayda yayımlanacaq:

""Ata Ocağı"nın final bölümünü çəkdik, amma efiri hələ bir neçə ay davam edəcək. Final seriyası isə efirə yayda gedəcək. Serial 6 ildi davam edirdi. Baş senarist Valeh Əhmədov, Prodüsserimiz Amiran Babayev ilə bu mövsüm serialı bitirmək və yeni layihələrə başlamaq planlaşdırdıq. Bunu rəhbərimiz Xəzər Tv rəhbəri Murad Dadaşov ilə bölüşdük və qərar verildi. Çünki tamaşaçılar nə qədər baxmaq istəsələr də artıq bitməlidi yenilənməliyik".

Yeni layihələrin olub-olmayacağı ilə bağlı suala isə rejissor belə cavab verib: "Yeni layihələr haqda hələ heç nə deyə bilmərəm. Çünki hələ "Ata Ocağı"nın montaj prossesi davam edir".

Qeyd edək ki, psixoloji dram janrında olan ekran işi 2017-ci ildən yayımlanırdı. Serial həftəiçi 5 gün ekrana gəlirdi.

Gülər Seymurqızı



metbuat.az.