METBUAT.AZ

İqtisadiyyat

"Atəşgah Sığorta"nın rəhbərliyinə

26 iyn 2023 13:39

"Atəşgah Sığorta" ASC-nin rəhbərliyinə yeni təyin olub.

Bu barədə Metbuat.az-a sığorta şirkətindən bildirilib. Məlumata görə, sığorta şirkətinin İdarə Heyətinin (İH) müvəqqəti üzvü Sadıq Mansurov İH-yə üzv seçilib.

Bununla da sığorta şirkətinin idarə heyətinin üzvlərinin sayı 4-ə çatıb.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.


metbuat.az.