METBUAT.AZ

Gündəm

Avropa internetsiz qala bilər -

15 iyn 2023 16:05

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Şimal axını” boru kəmərlərini hədəfə alan hücumlara görə Qərb ölkələrinə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Rusiya ABŞ və Avropada internet və rabitə xətləri üçün vacib olan yeraltı kabelləri kəsə bilər. Rusiyanın düşmənin rabitə infrastrukturunu hədəfə almaq hüququna malik olduğunu deyən Medvedev bildirib:

“Qərb ölkələrinin “Şimal axını”nı partlatdığına dair yeni dəlillər tapsaq, düşmənlərimizin okean dibindəki rabitə kabellərini məhv etməsinə dair heç bir şeydən çəkinməyəcəyik”.

Qeyd edək ki, Rusiyadan Avropaya təbii qaz nəql edən “Şimal axını” borusunda baş verən partlayışlara görə Moskva Qərbi ittiham etmişdi. NATO-nun kəşfiyyat xidməti daha əvvəl xəbərdarlıq etmişdi ki, Rusiya Qərbin Ukraynaya hərbi dəstəyinə cavab olaraq sualtı rabitə kabellərini kəsə bilər.


metbuat.az.