METBUAT.AZ

Sosial

Avtobuslarda kondisionerlər niyə qoşulmur? -

15 iyn 2023 10:32

Hər il yay mövsümündə ictimai nəqliyyatda sərnişinlərlə avtobus sürücüləri arasında kondisioner məsələsinə görə problem yaşanır.

Analoji problem bu il də aktualdır.

Mövzu ilə bağlı Metbuat.az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirdilər ki, havaların isinməsi ilə əlaqədar daşıyıcılara xəbərdarlıq məktubu göndərilib.

“Yay mövsümü başlamazdan əvvəl istismarında olan avtobuslarda müasir sərinləndirmə sistemi olan daşıyıcılara xəbərdarlıq məktubu ünvanlanıb. Avtobuslarda havalandırma və soyutma sistemləri texniki baxımından işlək vəziyyətdə saxlanılması tapışırılıb. Balansında olan avtobuslarında soyutma sistemi olmayan daşıyıcılara tapşırılıb ki, qısa vaxtda nəqliyyat vasitələrini yeniləsinləsinlər. Tapşırığın icrasına nəzarət edilir, çatışmazlıqlar olduqda daşıyıcılardan məsələnin tez bir vaxtda həlli tələb olunur”.

Xatırladaq ki, bir müddət əvvəl “BakuBus” MMC-nin direktoru Elnur Qarayev də bildirmişdi ki, temperatur 25-26 dərəcəni keçərsə, sərnişinlərin istəyi ilə sürücü kondisioneri qoşa bilər:

“Kondisonerlər həmişə iyunun 1-dən etibarən qoşulur. Həm də hələlik 30-35 dərəcə isti yoxdur. "BakuBus"un avtobuslarında kondisionerlərə tam baxış keçirilir. Əgər hava 25-26 dərəcəni keçirsə, sürücülərə kondisionerləri qoşmağa icazə verilir”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.