METBUAT.AZ

Ölkə

Avtobuslardakı sıxlıq, yoxsa rahat, amma bahalı taksilər -

12 iyn 2023 16:07

Xəbər verdiyimiz kimi, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün taksi xidmətləri ilə bağlı önəmli açıqlamalar edib. Nazir həmçininin qeyd edib ki, taksi qiymətlərinin artırılması, sifarişlərin azalmasına, ictimai nəqliyyata və piyada hərəkətə şərait yaradacaq.

Bu zaman ictimai nəqliyyatda hansı hal yaşanacaq?

Məsələ ilə bağlı Metbuat.az-a danışan Elməddin Muradlı qeyd edib ki, hazırda ictimai nəqliyyatın vəziyyəti ürəkaçan deyil. Əgər ictimai nəqliyyat inkişaf etsə, taksi sifarişlərinin, şəxsi avtomobillərin sayı azalacaq:

"Həmişə sual olunur ki, tıxacın qarşısını necə almaq olar? Biz də dəfələrlə demişik ki, yeganə həll yolu ictimai nəqliyyatın inkişafıdır. Bu gün ictimai nəqliyyat buna hazırdırmı sualına cavab vermək çətindir. Hazırda metroda sıxlıqdır, avtobusların sayı kifayət qədər deyil, stansiyaların azlığı, intervalların pozulması da əsas problemlərdən biridir. Bu barədə düşünmək lazımdır. Dövlətdaşıyıcı şirkətlərə dəstək olsa, müəyyən həll variantlarına baxmaq olar. Taksilərə tələbatın artmasının kökündə ictimai nəqliyyatın bərbad vəziyyətə düşməsi dayanır. Metorunu genişləndirmək lazımdır".

Elməddin Muradlı

Ekspertin sözlərinə görə, piyada yollarında da problemlər və təhlükələr var:

"Piyadaların yollarda təhülkəsizliyi təmin edilməlidir. Piyadalar səkidə rahat hərəkət edə bilmir, səkilər zəbt olunub, satılıb. İnsanlar da məcbur 1-2 km yola görə, taksidən istifadə edirlər. Taksinin qiymətinin ucuz olması da burada problem yaradır. İctimai nəqliyyat qaydasında olsa, seçim fərqli olacaq".

Gülər Seymurqızı


metbuat.az.