METBUAT.AZ

Hərbi

Azad olunan ərazilərə qayıdış ərəfəsində təxribatlar -

16 iyn 2023 10:29

Günlərdir ki, Ermənistanın cəbhədə yaratdığı gərginlik antiterror əməliyyatlarının keçirilməsi ehtimalını gücləndiri.

Metbuat.az-a danışan Hərbi analitik Alp Arlsan İmamqulunun sözlərinə görə, təxribatlar Rusiyanın fəaliyyətidir. Məqsəd isə sülhməramlılara "ehtiyac"ın olduğunu göstərməkdir:

"Ermənistanın şərti sərhədlərimizdən, o cümlədən Laçında törətdiyi təxribat Rusiyanın fəaliyyəti olaraq qiymətləndirilməlidir. Çünki Cənubi Qafqazdan çəkilmək istəməyən Rusiya mövcud vəziyyətdə Ermənistanın bir sıra siyasi dairələrinə etdiyi kimi, ordusuna da nüfuz edə bilməkdədir. O, istədiyi vaxt istədiyi istiqamətdə diktə edərək, bu cür əməllər törətməklə bölgənin sülh şansını aradan qaldırmaq bir növ daima qarşıdurma yaradaraq rusiyalı sülhməramlılara ehtiyac olmasına zərurət yaratmaqdadır".


Hərbi analitik qeyd edib ki, Ermənistanın bu hərəkətləri təhülkəsizliyimizi riskə atır. Təxribatlara cavab olaraq tək çarə isə antiterror əməliyyatlarıdır:

"Başqa bir hal ondan ibarətdir ki, Paşinyan bu gün Qərb dairələri ilə qədər əlaqədə olsa da, müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü ifadə etsə də, bu cür halların baş verməsi Azərbaycana tək seçim buraxır. Bu da irimiqyaslı antiterror əməliyyatlarının keçirilməsidir. Bu cür əməliyyatlar həm Qarabağda, həm şərti sərhədlərin ötəsində mütləq olaraq olacaqdır. Çünki mövcud vəziyyət onu göstərir ki, təhlükəsizliyimiz risk altındadır. İstər Qarabağda, istər digər bölgələrimizdə yeni investorların cəlb olunması, insanlarımızın qayıdış planı çərçivəsində geriyə dönməsini təmin ermək üçün tam təhlükəsizlik əminliklə bərpa olunmalıdır".

Gülər Seymurqızı


metbuat.az.