METBUAT.AZ

İdman

Azərbaycan əsilli iş adamı yeni klub aldı

9 iyn 2023 12:18

Türkiyəli iş adamı Acun Ilıcalı İrlandiyanın "Şelburn" futbol klubunun səhmlərinin çox hissəsini alıb.

Metbuat.az xəbər verir ki, funksioner bu barədə şəxsi tviter hesabında paylaşım edib.

O, hədəflərinin avrokuboklara vəsiqə qazanmaq, uğurlar əldə etmək və bir neçə istedadlı oyunçunu dünya futboluna qazandırmaq olduğunu vurğulayıb. Acun Ilıcalı İrlandiya futboluna, klubun potensialına və azarkeşlərə tam inandıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, türkiyəli iş adamı İngiltərənin "Hall Siti" klubunun da sahibidir. Acun Ilıcalı əslən Azərbaycan türküdür.


metbuat.az.