23 iyn 2023 20:44
Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarının qalibi olub.
Metbuat.az-ın məlumatına görə, 68 kq-da çıxış edən idmançı finalda isveçrəli Yelena Kuiriçə 4:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Zaretska ikinci dəfə Avropa Oyunlarının qalibi olub. O, Bakı-2015-də də qızıl medala sahib çıxmışdı. Titullu idmançı 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş analoji yarışda isə ikinci yeri tutmuşdu.
Qeyd edək ki, bu mükafatla Azərbaycan idmançılarının III Avropa Oyunlarındakı medallarının sayı 3-ə çatıb. Hər 3 mükafatı karateçilər əldə ediblər. Daha əvvəl Tural Ağalarzadə (67 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medala yiyələnib.