13 iyn 2023 12:30
Bu ilin yanvar-may aylarında Azərbaycanda 49 580,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 4 % artıb.
ÜDM istehsalının 45,5 %-i sənaye, 9,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,5 %-i tikinti, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 %-ni təşkil edib.
İl ərzində adambaşına düşən ÜDM-in dəyəri isə 3,4 % azalaraq 4 891 manat olub.