24 iyn 2023 03:21
Millimizin baş məşqçisi Canni De Byazi "Panorama Sport" nəşrinə müsahibə verib.
Metbuat.az xəbər verir ki, o, daha əvvəl çalışdırdığı Albaniya millisi üçün darıxıb-darıxmadığı ilə bağlı sualı belə cavablandırıb:
"Mən Azərbaycan millisinin məşqçisiyəm və bu komandanı hər cəhətdən təkmilləşdirməyə çalışıram. Albaniya millisini dəstəkləyirəm və Avropa çempionatına getməyinizi çox arzulayıram. Amma mən Azərbaycanın millisinin məşqçisi və azarkeşiyəm".
Qeyd edək ki, 2011 - 2017-ci illərdə də Albaniya yığmasına başçılıq edən De Byazi komandanı Avro-2016-nın final mərhələsinə çıxarıb.