METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşdı

1 iyn 2023 09:27

"Azeri Light" markalı Azərbaycan nefti 2 faizdən çox ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 2,2 % azalaraq 75,05 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları olub. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.


metbuat.az.