METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan qaz ixracından gəliri

16 iyn 2023 18:30

2023-cü ilin ilk beş ayı ərzində Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlir 2022-ci ilin analoji dövründəki 5,995 milyard dollarla müqayisədə 7,103 milyard dollar olub.

Metbuat.az Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, beləliklə, Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlir illik hesablamada 18,5 faiz artıb.

Bununla belə, Azərbaycandan təbii qaz ixracı 2022-ci ilin ilk beş ayındakı 9,458 milyard kubmetrlə müqayisədə bu ilin analoji dövründə azalaraq 9,363 milyard kubmetrə düşüb.

DGK-nin məlumatlarına əsasən, hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində təbii qazın payı keçən ilki 38,89 faizlə müqayisədə 44,08 faiz olub.

Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Ölkə bu il Avropyaa 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.


metbuat.az.