14 iyn 2023 14:48
Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına əhəmiyyətli faydalar verəcək.
Metbuat.az “haberturk”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib:
"Biz Azərbaycanla Strateji Əməkdaşlıq Şurası və Birgə İqtisadi Komissiya kimi fəaliyyət mexanizmləri vasitəsilə ikitərəfli münasibətlərimizdə əldə edilmiş inkişafı davam etdirmək istəyirik. Türk Dövlətləri Təşkilatı başda olmaqla regional əməkdaşlıq və məsləhətləşmə mexanizmlərimizi daha da gücləndirəcəyik. Türk dünyasının birliyi və sabitliyi üçün Azərbaycanla işləməyə davam edəcəyik. İnanıram ki, seçkilərdən sonra həyata keçirdiyimiz bu tarixi səfər bizim mövcud həmrəyliyimizi daha gücləndirəcək.