26 iyn 2023 18:30
Bu ilin yanvar-may aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 4 milyard 648 milyon 693 min ABŞ dolları dəyərində 2 milyon 102 min 275 ton yük daşınıb.
Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16 % və 8,8 % çoxdur.
O cümlədən, 5 ay ərzində dəmiryolu nəqliyyatı ilə ixrac olunan 700 milyon 884 min ABŞ dolları dəyərində 772 min 680 ton yük ixrac olunub, 3 milyard 947 milyon 809 min ABŞ dolları dəyərində 1 milyon 329 min 594 ton yük idxal olunub.
Hesabat dövründə ixrac olunan yükün dəyəri 7,3 % azalıb, həcmi 5,7 % artıb. İdxal olunan yükün isə dəyəri 10,6, %, həcmi 20,6% artıb.