13 iyn 2023 09:53
Bu ilin yanvar-may aylarında, operativ məlumatlara əsasən, Azərbaycanda neft və qaz kondensatı hasilatı 12,7 mln. ton olub.
Metbuat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə neft və kondesat ixracı isə 10,6 mln. ton səviyyəsində olub.
“Yanvar-may aylarında neft-kondensat hasilatı 12,7 mln. ton, ixracı isə 10,6 mln. ton olub. Bu dövrdə 3% artımla hasil edilmiş 20,2 mlrd. m3 qazın 10,3 mlrd. m3-i ixrac olunub”, - paylaşımda qeyd olunub.